Məktəbdə “Valideynin məktəbdə bir günü” adlı layihənin həyata keçirilməsi
22 fevral 2019-cu il tarixdə “Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirilmişdir. Həmin gün 100-ə yaxın Valideyn məktəbdə olmuşdur. Onlar məktəblə əyani tanış olmuş, tədris prosesini izləmiş, eyni vaxtda 16 nəfər müəllimin “Nümunəvi” dərsini dinləmişlər.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin direktoru Züleyxa Ələkbərovanın, metodist Xatirə Xudiyevanın iştirakı ilə sessiya təşkil olunmuşdur. “Məktəb-Valideyn münasibətləri şagirdlərin nailiiyyətlərinə və məktəbdə təhsilin keyfiyyətinə təsir edən amil kimi” mövzusunda çıxışlar olmuş, fikir mübadiləsi aparılmışdır.
Sonda şagirdlər ədəbi-bədii kompazisiya göstərmiş, şeir, mahnı və rəqs ifa etmişlər.