"Poeziya ruhun qidasıdır" adlı ədəbi-bədii gecə keçirilmişdir

Məktəbdə 23-aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ günü ilə bağlı "Poeziya ruhun qidasıdır" adlı ədəbi-bədii gecə keçirilmişdir.
Tədbirin ssenarisi və bədii tərtibatını Azərbaycan dili və ədəbiyyatı metodbirləşməsinin sədri Ülviyyə Süleymanova hazırlamışdır.
Tədbirdə şagirdlərimiz tanınmış, şairlərin şeirlərini səsləndirmiş, musiqi alətlərində ifalar etmişlər.
Direktor müavinləri Pərvanə Ələkbərova, Sevinc Camalova mövzu ilə bağlı çıxışlar etmişlər. Tədbirdə Azərbaycan Respublikasının əməkdar artisti,Qızıl Qılınc mükafatı laureatı,qiraət ustası Ağalar Bayramov iştirak etmiş, onun ifa etdiyi şeir nümunələri iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Məktəb valideyn komitəsinin sədri,şair-publisist Arzu Nuralıyeva şeirlərini səsləndirmişdir. Yekunda məktəbin direktoru bu tədbirin şagirdlərdə oxu vərdişlərini,poeziyaya olan marağını,kitaba olan həvəsinin artırılmasının böyük əhəmiyyətindən danışdı.