Uğurlarımız davam edir

Məktəbin 3 b sinif şagirdi Məmmədova Məlahət "20 Yanvar" şəhidlərinin xatirəsinə keçirilən "Arpaçay Open" beynəlxalq karate turnirində 2-ci yerə layiq görülmüşdür. 

10 a sinif şagirdi Qazıyev Fərid Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə keçirilən "Müstəqil Azərbaycan" adlı bilik yarışında iştirak etmiş və uğur qazanmışdır.

10 a sinif şagirdi Nağıyeva Nəzrin isə Xətai rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Tarixi şəxsiyyət" adlı inşa yazı müsabiqəsində xüsusi sertifikatla təltif olunmuşdur.

Qazananları uğurları münasibətilə təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi