Uğurlarımız davam edir
58 nömrəli tam orta məktəbin 7 b sinif şagirdi Əsədova Səma 9 Noyabr - "Dövlət Bayrağı Günü" münasibətilə Xətai rayonunun məktəbləri arasında keçirilən "Mənim Bayrağım" adlı inşa yazı müsabiqəsində birinci yeri tutmuşdur.
Məktəbin 9 b sinif şagirdi Abdullazadə Afaq isə yeniyetmələr arasında keçirilən Taekvando idman növü üzrə yoldaşlıq görüşlərində birinci yerə layiq görülmüşdür.
Hər iki şagirdimizi təbrik edir, müvəffəqiyyətlər arzulayırıq.