Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

7may 2018-ci il tarixdə 58 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə şagirdlər Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən şeirlər, mahnilar söylədilər, daha sonra şəkillər, sənədli filmlər nümayiş etdirildi.Məktəbin tarix müəllimi Pərvanə Xəlilova "Azərbaycan ədəbi və mədəni irsinin qorunması və inkişafında Heydər Əliyevin xidmətləri" mövzusunda məruzə ilə çıxış etdi.Tədbirin sonunda məktəbin direktoru Ulduzxan Abdullayev və Zərifə Əliyeva adına mədəniyyət evinin müdiri Cabar Süleymanov Ümummilli lider Heydər Əliyevin zəngin siyasi fəaliyyətindən,müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında,çiçəklənməsində tarixi xidmətlərindən,ədəbiyyat və mədəniyyət xadimlərinə, ziyalılara göstərdiyi diqqət və qayğıdan söz açdılar.