“Tolerantlıq nədir?Mən tolerantlığı necə başa düşürəm?” mövzusunda keçirilən dəyirmi masa

04 dekabr 2015-ci il tarixində saat 1200-da 58 nömrəli tam orta məktəbdə “Mən tolerantlığı necə başa düşürəm?” mövzusunda dəyirmi masa keçirilmişdir. “İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini mənsubiyyətdən asılı olmayaraq həmişə insanları dostluğa,həmrəyliyə,birliyə dəvət etmişdir”. (Heydər Əliyev) sözləri ilə öz çıxışına məktəbin tarix müəllimi başladı. Şagirdlər tərəfində fikir mübadiləsi aparılmışdır: Qasımlı Şəfəq çıxış edərək: tolerantlıq,dünyəvilik-yəni dini dözümlülükdür. Konstitusiyanın 7-ci maddəsində göstərilir ki,Azərbaycan Dövləti demokratik, hüquqi, dünyəvi,unitar dövlətdir.Azərbaycan Respublikasının Konstitusiyasında dünyəvilik bu müddəalarla açıqlanır: 1.Azərbaycan Respublikasında heç bir dinə üstünlük verilmir,yəni hər bir şəxsiyyət istədiyi dinə etiqad edə bilər. 2.Azərbaycan Respublikasında din dövlətdən ayrıdır.Yəni Dövlət orqanları dindən ayrıdır. Din xadimləri dövlət orqanlarında sadə vətəndaş kimi seçilə bilər.Bütün etiqad qanun qarşısında bərabərdir. Bayramova Validə çıxış edərək qeyd etdi ki,tolerantlıq XVI-XVII əsrlərdə yaranmışdır.1648-ci ildə Vestfel sülhü ilə təsdiq olunmuşdur.1995-ci ildə YUNESCO tolerantlıq bəyannaməsi qəbul etmiş,hər il noyabrın 16-da “Tolerantlıq günü” kimi qəbul olunmuşdur. Azərbaycan dövləti 5 ən tolerant ölkələrdən biridir.Bəzi tolerant ölkələr vardır ki,onların adları tolerant kimi qeyd olunur,amma onlar tolerantlığa tabe olmurlar.Buna misal olaraq Çin,Amerika və s. Validənin çıxışına əlavə olaraq Nazilə Musayeva dünyada hər bir dövlət tolerant deyil.Buna İran İslam Respublikası və Vatikan dövlətini misal göstərmək olar.İran İslam Respublikasında din sırf islam üzrə qurulmuşdur. Soltanzadə İlkanə bildirdi ki,Azərbaycanda tarixən dini tolerantlıq mədəniyyətin yüksək olduğunu dəfələrlə,həm dinşünas alimlər,həm də digər dinlərin nümayəndələri etiraf etmişlər. Digər şagirdlər deyilənləri bir daha təkrar etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi