"Anam doğma vətənimsən - Azərbaycanım!" adlı keçirilən ədəbi bədii gecə
22.12.2015-ci il tarixdə Bakı şəhəri 58 nömrəli tam orta məktəbdə “Anam doğma vətənimsən – Azərbaycan” adlı ədəbi bədii gecə keçirilmişdir.Tədbirdə Xətai rayonu 165 və 194 nömrəli məktəblərin direktorları N.Məmmədov və Ə.Əliyev,valideynlər və bir sıra başqa qonaqlar iştirak etmişdir.Tədbir məktəbin informatika müəllimi Adilə Əhmədovanın və azərbaycan dili və ədəbiyyatı müəllimi Yeganə Əmiraslanovanın təşkilatçılığı ilə keçirilmişdir.Şagirdlər bir-birindən maraqlı şer,mahnı və rəqs nümunələri ilə çıxış etmişdir.IX a sinif şagirdləri Aydan Ağacanovanın ifasıda “Çırpınırdı Qara dəniz” ,Aytən Əhmədzadənin ifasında “Aman ayrılıq” , X b sinif şagirdi Qorxmaz Qurbanovun ifasında “Qarabağ şikəstəsi” ,Fidan Ağacanovanın ifasında “Mən Azərbaycanlıyam” mahnısı tədbirə xüsusi rəng verdi. Məktəbin ingilis dili müəllimi Şahnigar Süleymanovanın təşəbbüsü ilə tədbirin aparıcıları Röya Sadıqova, Elbəy Vəliyev və həmin sinfin şagirdi Şahnaz Hüseynova ingiliscə dialoq qurub,vətənə aid şerlər səsləndirdilər. Sahil Məmmədov,Balağa Həsənov və Qalib Mirzəyevin rəqs nümayişi,Kənan Əliyevin isə sazda ifası zaldakı tamaşaçılar tərəfindən xüsusilə bəyənildi. Təranə Sadıqova,Vahid Şıxəlizadə, Ləmanət Salmanova vətənə aid maraqlı şerlər səsləndirdilər.Tədbir boyunca Azərbaycanın inkişaf tarixindən,ulu öndərimiz Heydər Əliyevin həyatından sənədli sujetlər göstərildi.Sonda məktəbin direktoru Ulduzxan Abdullayev Azərbaycanımızın sürətli inkişafından,getdikcə çiçəklənməsindən söhbət açdı və şagirdlərə təhsillərində uğurlar dilədi.