Ümummilli liderin əziz xatirəsi ehtiramla yad olundu

Dekabrın 10-da Bakı şəhəri 58 nömrəli tam orta məktəbdə ulu öndərin əziz xatirəsinə həsr olunmuş "Həyatını xalqına həsr etmiş dahi insan" adlı tədbir keçirildi. Xalqımızın böyük oğlu, müstəqil Azərbaycanımızın qurucusu, dünya şöhrətli şəxsiyyət,ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi bütün xalqımız kimi məktəbimizin müəllim və şagirdlərinin də qəlbində daim yaşayır və həmişə böyük hörmətlə yad edilir. Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Yeganə Əliyeva və Uşaq birliyinin rəhbəri Aidə Quliyeva hazırlamışdır.Tədbir Azərbaycan Respublikasının dövlət himninin ifa olunması ilə başlandı. Tədbirdə 9 b sinfinin şagirdləri Bayramova Validə,Məmmədzadə Səidə,Qasımlı Şəfəq,Məmmədzadə Emilya,Bağırzadə Nəcibə,Novruzova Səbinə, Vəlizadə Zemfira, Soltanzadə İlkanə, 8 b sinfinin şagirdləri Məmmədli Adilə,Zeynalova Aytən, Abbasovav Fidan, Qafarova Tünzalə, Vəliyev Uğur,5 b sinfinin şagirdləri Novruzzadə Kənan,Abbaslı Murad,Bədəlov Şahin Ulu öndər haqqında şerlərini ifa etmişlər.Məktəbin direktoru Ulduzxan Abdullayev ulu öndər Heydər Əliyevin milli mənəviyyatımızın,mədəniyyətimizin qorunması və inkişafı,təhsil sahəsində gördüyü işlərdən söhbət açdı.Şagirdlərə bu dahi insanın həyatından nümunə götürməyi, onun ölməz ideyalarını, arzu və əməllərini yaşatmağı tövsiyə etdi.Tədbirdə həmçinin məktəbin tarix müəllimi Süsən Seyidova ulu öndərin keçdiyi şanlı yol haqqında ətraflı danışdı.Sonda dahi şəxsiyyətin həyat və yaradıcılığına həsr olunmuş film nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi