Məktəb “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə layihəsində "Ən fəal məktəb" diplomuna layiq görülmüşdür
Bakı şəhəri 58 nömrəli tam orta məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi birliyinin təşkil etdiyi "Ekoloji yönümlü və enerji effektli məktəblərin Yaşıl Şəbəkəsi" və "Yaşıl bufet" nominasiyasında məktəbin biologiya müəllimi Ləman Məstəliyevanın rəhbərlik etdiyi məktəblilər birliyinin təşkil etdiyi müsabiqələrdə iştirak etmiş və ən fəal məktəb diplomlarına layiq görülmüşdür.