Bayrağımız qürur mənbəyimizdir!

Dövlət Bayrağı Günü münasibətilə təşkil olunan silsilə tədbirlərdən biri də Bakı şəhəri 58 nömrəli tam orta məktəbdə “Bayrağımız qürur mənbəyimizdir” adı altında keçirildi. Tədbir məktəbin 9 ”b”sinif şagirdləri tərəfindən hazırlanmışdı. Onlar Azərbaycan Xalq Cümhuriyyətindən dövlətimizə yadigar olan bayrağımızın şəninə yazılmış şeir və mahnılardan ibarət kompozisiyalarını təqdim etdilər. Həmçinin Bayraq gününə həsr olunmuş, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin bayrağımıza və müstəqilliyimizə aid dəyərli çıxışlarından ibarət videoçarxlar və fotoslaydlar nümayiş olundu. Tədbirin ən qürurverici məqamı səhnəyə xüsusi ehtiramla, şeir və musiqi sədaları altında üçrəngli, müqəddəs bayrağımızın gətirilməsi oldu. Tədbirin qonaqları olan Xətai Rayon İcra Hakimiyyətinin məsul işçisi Tofiq Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Suraxanı-Xətai rayonu metodik bölməsinin müdiri Firdust Əhmədov, 165 nömrəli tam orta məktəbin direktoru Nemət Məmmədov çıxış edərək Azərbaycanın Dövlət Bayrağının milli suverenliyin simvolu kimi ölkəmizin hər bir vətəndaşı üçün müqəddəs olduğunu qeyd edib, şagirdlərə və tədbirin digər təşkilatçılarına belə bir möhtəşəm tədbirin hazırlanmasına görə təşəkkür etdilər.Sonda məktəbin direktoru Ulduzxan Abdullayev çıxış edərək Azərbaycanın üçrəngli bayrağının xalqımızın müstəqillik rəmzi, Bayraq Gününün dövlətimiz tərəfindən təntənə ilə qeyd olunmasının Bayrağımıza olan böyük ehtiramın bariz nümunəsi olduğunu diqqətə çatdırdı. Direktor qonaqlara, 9 “b “ sinfinin şagirdlərinə və sinif rəhbəri Rəqsanə İbrahimovaya minnətdarlığını bildirdi. Xəbərin mənbəyi: http://muallim.edu.az/arxiv/2015/42/47.htm Azərbaycan müəllimi qəzeti. 14 noyabr 2015-ci il
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi