Şagirdlərin fəallığı təmin edildi

Məktəbin riyaziyyat müəllimi Rəqsanə İbrahimovanın VIII c sinfində "Romb və kvadrat" mövzusunda açıq dərsi keçirildi. Dərs motivasiya, qruplarla iş, şagird təqdimatı, yeni mövzunun əlaqələndirilməsi, testlərlə möhkəmləndirilməsi,şagirdlərin qiymətləndirilməsi və ev tağşırığının verilməsi mərələsi üzrə təşkil olunmuşdur. Şagirdlər 3 qrupa bölünmüşdülər. Qruplar üzrə keçirilən açıq dərsdə 2-ci qrupun üzvləri bilik yarışında qalib çıxdılar. Sonra dəyirmi masa arxasında aşıq dərs təhlil olundu.Məktəbin direktoru Ulduzxan Abdullayev, riyaziyyat müəllimləri Şəhla Süleymanova, Aytən Əliyeva, Sevinc Hüseynova və başqaları bildirirdilər ki, Rəqsanə İbrahimova təlimdə interaktiv təlim metodlarından istifadə etməklə açıq dərsini müasir dərsə verilən tələblər səviyyəsində keçdi.Dərsdə əyaniliyə daha geniş yer verildi və şagirdlərin fəallığı tam təmin olundu. Açıq dərs diskussiya şəklində başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi