"Ailəm və məktəbim"
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Ailəm və məktəbim” layihəsinin keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığın təmin olunması həmçinin , tədris prosesinin təşkilinin təkminləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin əldə edilməsi ilə bağlı valideynlər məktəbə dəvət olunmuş, məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyəti təşkil olunmuşdur.
Valideynlər uşaqlarının dərs prosesini izləmiş, məktəbin bufetində olmuş, laboratoriya və kompüter otaqları ilə tanış olmuşlar.