Məktəbdə Anım Günü tədbiri keçirilmişdir

           Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ayağa qalxaraq rəşadət göstərən, işğal altında olan torpaqlarımızı qanı və canı bahasına azad edən qəhrəman şəhidlərimizə həsr olunmuş Anım Günü tədbiri keçirilmişdir.

             Tədbirə Azərbaycan Respublikası Şəhid Ailələri , Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyindən: İlyas Əhmədov, İkram Tağıyev, Baloğlan Əhmədov,  Kəmalə Mehdiyeva, Nəriman Fərzəliyev dəvət olunmuşlar. Onlar çıxış edərək əsgər və zabitlərimizin qəhrəmanlıqları haqqında öz təəssurratlarını bölüşdülər.

        Məktəbin direktoru Ulduzxan Abdullayev ,tarix müəllimi Süsən Seyidova ,şair publisist Arzu Nuraliyeva, məktəbin hərbi rəhbəri, II Qarabağ müharibəsinin veteranı Məhərrəm Abbasov çıxış edərək erməni işğalına son qoymaq üçün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, torpaq yolunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiramla yad etdilər.           

      Məktəb şagirdləri şəhidlərimizə həsr olunmuş şeirlər ifa etdilər.

Həmçinin, bütün siniflərdə də Anım Günü ilə bağlı tədbirlər keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi