Pedaqoji şuranın növbəti iclası keçirilib
2023-2024-cü dərs ilinin ilk pedaqoji şurasının iclası keçirildi.
İclasda yeni dərs ilində qarşıda duran vəzifələr və hədəflər müzakirə olundu,müvafiq qərarlar qəbul olundu.
Məktəbin direktoru Ulduzxan Abdullayev keçən dərs ilinin nəticələrindən və yeni dərs ilində əsas istiqamətlər üzrə görüləcək işlərdən geniş danışdı.
Fənnlərin tədrisində keyfiyyətin yaxşılaşdırılması, şagirdlərin davamiyyəti, nizam - intizamın təmin olunması istiqamətində davamlı işlərin aparılması, ümumi orta və tam orta səviyyələri üzrə daha yaxşı nəticələrin əldə edilməsi və.s işlər daim diqqət mərkəzində olması qeyd edilib.