Məktəbdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiə gününə həsr olunmuş tədbir keçirilib

         1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı ingilis dilində "Biz dünyayıq" adlı ədəbi-bədii, musiqili tədbir keçirilmişdir. Tədbir ingilis dili metod birləşməsinin sədri Samirə Camalxanova və ingilis dili müəllimi Turanə Məmmədovanın birgə rəhbərliyi ilə yüksək səviyyədə hazırlanmışdır. Şagirdlər ingilis dilində şeirlər səsləndirmiş, mahnılar, rəqslər ifa etmişlər.

        Yekunda məktəbin direktoru Ulduzxan Abdullayev çıxış etdi. O, çıxışında ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı görülən işlərdən danışdı. Uşaqlara qayğı möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzindədir. Prezidentimizin Sərəncamı ilə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.

          Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə qoşulmaq hər birimizin borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi