58№-li tam orta məktəbin VIII sinif şagirdi “Müasir Azərbaycan Heydər Əliyev ideyaları işığında” mövzusunda ənənəvi şagird-tələbə elmi konfransında "Bölmənin ən yaxşı məruzəçisi" nominasiyasının qalibi olmuşdur.

Aprelin 30-da Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Müasir Azərbaycan Heydər Əliyev ideyaları işığında” mövzusunda ənənəvi şagird-tələbə elmi konfransı keçirilib.Şagird və tələbə elmi cəmiyyətlərinin təşkil etdiyi konfrans Məktəb-Lisey Kompleksinin bazasında Bakı Slavyan Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə reallaşıb.Konfransın keçirilməsinin məqsədi Ulu Öndərin zəngin irsinə orta məktəblərin istedadlı yuxarı sinif şagirdlərinin tədqiqatçı kimi cəlb edilmələri, həm paytaxtda, həm də bölgələrdəki orta məktəblərlə BSU-nun əlaqələrinin möhkəmləndirilməsi, bu ali məktəbin müəllimlərinin orta təhsil müəssisələrinə, xüsusən də qaçqın məktəblərinə dəstək göstərməsidir.Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.Plenar iclasda BSU-nun rektoru, professor Asif Hacıyev şagird-tələbə konfranslarına hələ 12 il əvvəl akademik Kamal Abdullayevin təşəbbüsü ilə başlandığını bildirib. Rektor bu cür tədbirlərin Ulu Öndərin yorulmaz fəaliyyəti, onun müstəqil Azərbaycan naminə gördüyü işlər barədə gənclərin məlumatlandırılmasında əvəzsiz rolundan danışıb.Konfransın keçirilməsinin məqsədi Ulu Öndərin zəngin irsinə orta məktəblərin istedadlı yuxarı sinif şagirdlərinin tədqiqatçı kimi cəlb edilmələri, həm paytaxtda, həm də bölgələrdəki orta məktəblərlə BSU-nun əlaqələrinin möhkəmləndirilməsi, bu ali məktəbin müəllimlərinin orta təhsil müəssisələrinə, xüsusən də qaçqın məktəblərinə dəstək göstərməsidir.Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.Plenar iclasda BSU-nun rektoru, professor Asif Hacıyev şagird-tələbə konfranslarına hələ 12 il əvvəl akademik Kamal Abdullayevin təşəbbüsü ilə başlandığını bildirib. Rektor bu cür tədbirlərin Ulu Öndərin yorulmaz fəaliyyəti, onun müstəqil Azərbaycan naminə gördüyü işlər barədə gənclərin məlumatlandırılmasında əvəzsiz rolundan danışıb.58№-li tam orta məktəbin müəllimi Fəridə Səmədovanın elmi rəhbərliyilə VIII sinif şagirdi Hüseynova Şahnaz Ədalət qızı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş "Müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları işığında" XII Şagird-Tələbə Elmi Konfransında "Bölmənin ən yaxşı məruzəçisi" nominasiyasının qalibi olmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi