Məktəbdə idman həftəsi

       "5 mart-Bədən Tərbiyəsi və İdman Günü"ilə əlaqədar idman həftəsində (27 fevral -3 mart 2023-cü il) məktəbdə bir sıra tədbirlər keçirilmişdir.

       Hər gün fiziki tərbiyə müəllimləri tərəfindən səhər gimnastikası aparılmışdır. İdman növləri haqqında mühazirələr oxunmuşdur. 

  "İdmançıların yarışa hazrlığının psixoloji yanaşması" mövzusunda məktəbin psixoloqları söhbətlər aparmışdır.

       İdman nailiyyətləri olan idmançılarla görüşlər şagirdlərdə çox maraq doğurmuşdur.

       İdman viktorinası keçirilmiş ,"Olimpiya oyunları uşaqların gözü ilə" əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.

     Məktəbin həkimi və tibb bacısı şagirdlərlə sağlam qidalanma haqqında söhbətlər aparmışdır.

       "Şən startlar",yuxarı siniflərdə qol güləşi ,"Ən surətli şagird" yarışları keçirilmişdir.

       İdman mövzuları ilə bağlı esse yazılmış ,təqdimatlar təqdim olunmuşdur.  

  Həftənin sonunda qalib gələn şagirdlər diplomla mükafatlandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi