Şagirdlərin kitabxana ilə tanışlığı
Körpə fidanların kitabxana ilə tanışlığı şagirdlərdə mütaliə mədəniyyətinin inkişaf etdirmək,şagirdlərin kitablara marağını artırmaq məqsədi ilə davamlı olaraq məktəbin kitabxanasında şagirdlərlə keçirilən silsilə görüşlər davam edir.
Kitabxana müdiri Kəmalə Abbasova,ibtidai sinif müəllimi Fəridə Abbasovanın təşkilatçılığı ilə 1c sinif şagirdləri kitabxana ilə tanış olmuşlar. Kitabxana müdiri şagirdlərə məktəbin kitabxanası haqqında ətraflı məlumat vermişdir.Kitabxanada hər bir şagirdin mütaliəsi üçün lazım olan kitabların olduğunu və onların necə əldə edilməsini izah etmişdir.
Qeyd edək ki,azyaşlı uşaqların kitabxanaya cəlb edilməsi, həm də onların asudə vaxtlarını səmərəli keçirməsinə səbəbdir.