Məktəblilər arasında keçirilən "Dahi lider" adlı essenin nəticələri bəlli oldu

Xətai Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Dahi lider” adlı esse yazı müsabiqəsi keçirilmişdir. Ümummilli lider Heydər Əliyev irsinin təbliği və qorunması istiqamətində həyata keçirilən tədbirlər, məktəblilər arasında bu cür müsabiqələrin keçirilməsi Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Müsabiqənin nəticələrinə görə Humanitar fənlər təmayüllü məktəb liseyin şagirdi Nəcəfli Ayşən I yeri, Heydər Əliyev adına liseyin şagirdi Məmmədova Fidan və 58 № li tam orta məktəbin şagirdi Əsədova Səma II yeri, 55 № li tam orta məktəbin şagirdi Hacılı Mərziyə,138 № li tam orta məktəbin şagirdi Əsgərova Fidan və 147 saylı Texniki-Hümanitar Liseyin şagirdi Məmmədzadə Fatimə III yeri tutmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi