"Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilmişdir

“Tarixi qələbə - Zəfər günü” adlı tədbir keçirilmişdir. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və
44 günlük Vətən müharibəsində canından keçən qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirin aparıcıları qonaqları salamlayaraq hər il 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsindən, hərbiçilərimizin cəsarətindən, qəhrəmanlığından bəhs etmişdilər.
Tədbirdə Azərbaycan Respublikası Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi ictimai birliyi və Şəhid ailələri qonaq qismində iştirak etmişlər.
Məktəblilərin və məktəbin məzunlarının ifasında maraqlı, vətənpərvər ruhlu ədəbi - bədii kompozisiyalar təqdim edilmişdir.
Məktəbin direktoru Ulduzxan Abdullayev tədbir iştirakçılarını təbrik etmiş,xalqımızın qəhrəmanlığı və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz qələbədən danışmışdır.
Daha sonra İctimai birliyin sədri Məmmədov Tahir Yaqub oğlu və digər qonaqlara çıxış üçün söz verilmişdir.
"Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” şüarı ilə tədbir sona çatmışdır.
Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ülviyyə Hümbətova tərəfindən hazırlanmışdır.