Məktəbdə idman həftəsi keçirilmişdir

28 fevral - 4 mart tarixində keçirilən idman həftəsi çərçivəsində məktəbin məzunları:Taekvando üzrə 9 qat Azərbaycan çempionu ,Beynəlxalq turnirlərin qalibi 2005 -ci ildə Avropa Çempionatında III yerə layiq görülən Azərbaycanın ilk qadın idmançısı İslamova Şahrun Eldar qızı,Karate üzrə Beynəlxalq turnirlərin qalibi Qaybalıyev Fərrux Şaiq oğlu ilə görüşlər keçirilmişdir.
Yüngül atletika , qol güləşi , şahmat, şaşki , şən startlar yarışları keçirilmiş, qaliblər diplom və prizlərlə təltif olunmuşlar