8 noyabr-Zəfər Günü münasibəti ilə məktəbdə silsilə tədbirlər keçirilmişdir
Ali Baş Komandan İlham Əliyevin başçılığı altında əsgər və zabitlərimiz tərəfindən torpaqlarımızın düşmənlərdən azad edilməsi ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən şanlı səhifəsi , xalqımızım iftixar və qürur mənbəyidir.
8 noyabr-Zəfər Günü münasibəti ilə məktəbdə silsilə tədbirlər həyata keçirilmişdir. Vətən müharibəsi şəhidlərin valideynləri : kapitan Quliyev Şahmarın valideyni Quliyev Kəmaləddin,gizir Abbasov Ceyhunun valideyni Abbasov Namiq, müharibə veteranı Məhərrəm Abbasov ilə görüşlər,bütün siniflərdə xüsusi dərslər, mühazirələr,videoçarxlar, şagirdlərin əl işlərindən ibarət sərgi,seir müsabiqəsi və s.