Gənc ekoloqların “Xəzərgünü”nə həsr olunmuş tədbirdə iştirakı

12 avqust 2016-cı il tarixində Ekologiya və TəbiiSərvətlərNazirliyinin təşəbbüsü ilə keçirilən “Xəzərgünü”nə həsr olunmuş tədbirdə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin Bakı şəhərinin orta məktəblərində fəaliyyət göstərən “Ekoklublar” və ekoloji dərnəklərinin üzvləri fəal iştirak etmişlər.“Xəzər günü” BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə 1995-ci ildən başlayaraq beş Xəzəryanı dövlətlər tərəfindən qəbul edilib. 2006-cı il 12 avqustda Tehran Konvensiyası beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd edilir. “Xəzər günü”nün Xəzəryanı dövlətlərdə hər il qeyd edilməsində əsas məqsəd dənizin Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, davamlı istifadəsi və əhalinin maarifləndirilməsindən ibarətdirEkologiya və Təbii Sərvətlər Nazirliyində dəyirmi masa arxasında keçirilən görüşdə gənc ekoloqlar mütəxəssislərlə birlikdə Xəzər dənizinin ekoloji problemlərini və görülən işləri müzakirə edərək, ətraf mühitin qorunmasına və tullantıların azaldılmasına öz münasibətlərini bildirmişlər. Məktəblilər Xəzərə həsr olunmuş rəsm müsabiqəsində də iştirak etmişlər.Tədbirdə ETSN-nin baş məsləhətçisi Amil Sefiyev, sektor müdiri Şövkət Bəkirov, RETTM-in direktor müavini Lalə Dadaşova, şöbə müdiri Elnarə Nəsirova tullantıların təkrar emalı və Xəzərin ekoloji problemlərinin həllinə dair məktəblilərin suallarını cavablandırmışlar.Görüşdən sonra gənc ekoloqlar mütəxəssislərlə birlikdə dəniz sahilinə səfər edərək Xəzər dənizinin ətraf mühitinin mühafizəsi məqsədi ilə yaradılmış “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nə aid olan və Novxanı qəsəbəsinin sahilboyu zolağında quraşdırılmış modul tipli təmizləyici qurğunun iş fəaliyyəti ilə tanış olmuşlar.Eyni vaxtda “Ekoklub” və dərnək üzvləri Novxanı çimərliyinin sahilboyu zonasında nazirliyin müxtəlif qurumları, ictimaiyyətin nümayəndələri, yerli özünüidarəetmə orqanları ilə birgə təmizlik aksiyasında fəal iştirak etmişlər. Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə keçirilən tədbir nəticəsində 2 hektar ərazi tullantılardan təmizlənmişdir.Təmizlik aksiyasında fəal iştirak edən Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin gənc ekoloqları ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməklə və ətraf mühitə düzgün münasibəti təbliğ etməklə, yalnız birgə səylərlə Xəzərin qorunmasının mümkünlüyünü bir daha nümayiş etdirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi