Bakı şəhəri 58 nömrəli tam orta məktəbin şagirdləri "Azərbaycan Xalça Muzeyi"ndə muzey həftəsinin açılış mərasimində iştirak etdilər
Mayın 13-də “Multikulturalizm ili” çərçivəsində “Muzey həftəsi”nə start verilib. Məktəbin IX sinif şagirdləri Şıxəlizadə Vahid,Vəliyev Elbəy, Əliyev Kənan, Məmmədov Sahil və Həsənov Bal Ağa “Muzey həftəsi”ndə fəallıq göstərdiklərinə görə diplomla təltif edilmişlər. Şagirdlər muzeyin kolleksiya fondu ilə tanışlığı zamanı ölkələrarası mədəniyyətlərin bir-birinə təsir və əlaqələrini öyrənərək, ölkə əhəmiyyətli memarlıq abidələri, xüsusi istifadə olunan məişət, əşya və geyim nümunələri, foto və sənət əsərləri ilə tanış olmuşlar.