Məktəbdaxili "Kiçik tədqiqatçılar" müsabiqəsi
Məktəbdə "Kiçik tədqiqatçılar" müsabiqəsi keçirildi. Məqsəd: ibtidai sinif şagirdlərində tədqiqatçılıq bacarığını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan gənc istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə "Kiçik Akademiya"larda, elmi cəmiyyətlərdə intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişləri formalaşdırmaq
Məktəbdaxili müsabiqədə 7 komanda nın tədqiqat işi təqdim olundu. "Uğur" komandasının tədqiqat işi münsiflər tərəfindən müsbət qiymətləndirildi.