Məktəbin istedadlı şagirdi Cavadzadə Ömər

52 N-li məktəbin 3b sinif şagirdi Cavadzadə Ömər Ceyhun oğlu məktəbin intizamlı və çalışqan şagirdlərindəndir. O, dərslərinə ciddi yanaşır. Məntiqi təfəkkürü güclüdür. Daim mütaliə edir və məktəb kitabxanasının üzvüdür. Kitabxananın ən fəal oxucularındadır. Eyni zamanda dərslərinidə yaxşı oxuyur. İncəsənətə marağı böyükdür. Rəqs dərnəyinə gedir, bayram tədbirlərində çıxış edir. Təsviri incəsənətə meyillidir. Gözəl rəsmlər çəkir. Biz məktəb rəhbərliyi və sinif rəhbəri olaraq Ömərin bu bacarığını qiymətləndirdik. Onun məktəbdə sərgisini təşkil etdik. Ömər həm də “Altun kitab” nəşriyyatının rəsm çəkmək mövzusunda keçirdiyi müsabiqənin qalibi oldu. Məktəbin direktoru E.Ələsgərova, sinif rəhbəri və sinif yoldaşları bu qabiliyyət münasibəti ilə Öməri təbrik etdi. Ömər həm də kollektivdə mehriban və səmimi şagirddir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi