HAQQIMIZDA

52 nömrəli tam orta məktəb Bakı şəhəri Yasamal rayonunda yerləşir. Məktəb Məmməd İsmayıl Cuvarlinskinin adını daşıyır. 1966-cı ildən fəaliyyət göstərən məktəb 900 yerlikdir. Məktəbin binası bir tipli 3 mərtəbəlidir. 36 sinif otağı, idman zalı,akt zalı,fənn kabinetləri,laboratoriyaları kompüter otağları,tibb otağı,kitabxanası, bufeti var. Geniş həyətyanı sahəsi, yardımçı binası var. Məktəbdə hal-hazırda 36 sinif komplekti və 889 şagird təhsil alır . 70 müəllim kollektivi çalışır. Laçın rayonu 19 Nömrəli Məcburi köçkün məktəbi də 1992-ci ilin sentyabr ayından burda fəaliyyət göstərir. Məktəb 2010-cu ildə əsaslı təmir olunmuşdur. Məktəbin 10 şəhid olmuş məzunu var. Onlardan biri Milli qəhrəmandır. Pedaqoji kollektivimizin naliyyətləri də az deyil. Məktəbin direktoru Azərbaycan Respublikasının əməkdar müəllimidir. Məktəbin 2 nəfər müəllimi "İlin Ən Yaxşı müəllimi" müsabiqəsinin qalibidir. Respublikanın müxtəlif ali məktəblərinə qəbul olunan məzunlarımızın sayı qənaətbəxşdir. Hər il məktəbin məzunlarından 600 dən yuxarı bal yığanları olub. Məktəb idman sahəsində də uğurlar qazanmışdır. Şagirdlərimiz qonşu respublikalardan qalibiyyətlə dönmüşdür. Məktəb öz keçmiş məzunları ilə həmişə fəxr edir. Hal hazırda Respublikanın müxtəlif peşə sahələrində böyük uğurlar əldə edirlər. Onların içərisində bacarıqlı həkimlər,müəllimlər,mühəndislər və s. var.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi