
- Qabil Nəsibov İxtiyar
- Vəzifə: Direktor
- Fənn: Tarix
- Bitirdiyi təhsil müəssisəsi: Bakı Dövlət Universiteti
- Təvəllüd: 10.11.1960
- İlk fəaliyyət ili: 13.09.2021
- E-mail: [email protected]
Nəsibov Qabil İxtiyar oğlu Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və Bakı Dövlət Universitetinin nəzdində psixologiya üzrə Yenidənhazırlanma kursunu bitirib. 1987-1991 ci illərdə Abşeron rayonunun müxtəlif məktəblərində tarix müəllimi və psixoloq kimi fəaliyyət göstərib.1992-1994-ci illərdə Azərbaycan Texniki Universitetinin Tarix kafedrasında böyük laborant, müəllim işləyib.1994-2009-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət edib. İstefada olan polkovnik-leytenantdır. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə “Hərbi xidmətlərə görə”, 2004-cü ildə “Qüsursuz xidmətlərə görə 3-cü dərəcəli” medalla, 2005-ci ildə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı və 2008-ci ildə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı ilə təltif olunub. 2016-2019-cı illərdə Füzuli RTŞ-də məsləhətçi, 2019-2020-ci illərdə Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə təşkilatçı, 2020-2021-ci illərdə Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyib. 13.09.2021-ci il tarixindən Bakı şəhəri 52 nömrəli tam orta məktəbə direktor təyin edilib.