“Son zəng” tədbiri keçirilib

İyunun 14-də məktəbdə “Son zəng” tədbiri keçirilib. Tədbirdə məktəbin direktoru Qabil Nəsibov, Yasamal Bələdiyyəsinin sədr müavini Fuad Mirələmov, rəhbərlik, müəllim heyəti və şagirdlər iştirak ediblər. Məktəb həyətində keçirilən “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin direktoru Qabil Nəsibov, Yasamal Bələdiyyəsinin sədr müavini Fuad Mirələmov və məktəbin şagirdləri çıxış edərək məzunları təbrik ediblər. Sinif rəhbərləri, fənn müəllimləri, eləcə də valideynlər 11-cilərə ürək sözlərini söyləyib, uğurlu yol arzulayıblar. 2024-2025-ci tədris ilində tam orta təhsil pilləsini "əla" qiymətlə başa vurduqdarına və DİM-inin buraxılış imtahanında yüksək nəticə əldə etdiklərinə görə bir qrup məzun direktor tərəfindən “Tərifnamə” və “Fəxri fərman”la təltif olunub.
Tədbirin bədii hissəsində kiçik yaşlı şagirdlər və 11 - ci sinif məzunları bir-birindən maraqlı rəqs nömrələrləi ilə çıxış ediblər.
Sonda elmin simvolu olan "Bilik açarı" nümunəvi 10 - cu sinif şagirdinə təqdim olunub. 11- cilər üçün sonuncu dəfə son zəng çalınıb.