Məktəbdə “Xocalı dəhşəti unudulmaz” adlı ədəbi-bədii kompozisiya keçirildi

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdir.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü .Biz də Yasamal rayon 52 N-li məktəbdə Xocalı qurbanlarını yad etdik. 8-ci və 9-cu sinif şagirdlərinin hazırladığı “Xocalı dəhşəti unudulmaz” adlı bədii ədəbi kompozisiya tədbir iştirakçılarının marağına səbəb oldu. Şəhidlərimizin ruhu bir dəqiqəlik sukut ilə anıldı. Allah bütün şəhidlərimizi rəhmət eləsin.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi