Məktəbimizin şagirdləri idmanda da birincidir

Abşeron Olimpiya Kompleksi 21-22-23 dekabr tarixlərində keçirilən Karatenin Qoçyuryu növü üzrə açıq respublika çempionatı və avropa kəməri uğrunda yarışda bizim məktəbin şagirdləri də iştirak etmişdir.Məktəbimizin 8 “C” sinif şagirdi Abdullazadə Cavid Azər oğlu bütün rəqiblərinə qalib gələrək birinci yerə və avropa kəmərinə, 7 “Ç” sinif şagirdi Həsənova Səbinə Faiq qızı bu yarışda birinci yerə, məktəbimizin hələ məktəbəqədər qrupunda oxuyan beş yaşlı Məmmədov Kənan birinci yerə layiq görülmüşdür.Qeyd edək ki, idmançılarımızı yarışlara hazırlayan və onlara Karate üzrə dərslər keçən müəllim bizim məkətbimizin məzunu Abdullazadə Əli Azər oğludur.Biz də onlara öz idman fəaliyyətlərində və dərslərində uğurlar arzulayırıq.