Coğrafiya fənni üzrə “Açıq” dərs keçirilib

27 noyabr tarixində məktəbimizin 9 ”A” sinfində coğrafiya fənni üzrə “Açıq” dərs keçirilib.Dərsi məktəbin yeni müəllimi Nuranə Abbasəliyeva aparıb.Bu dərsin mövzusu “Şimali Amerikanın İqlimi” olmuşdur.Şagirdlər bu dərsdə çox böyük maraq və həvəslə iştirak etdilər.Sinif uşaqları qruplara ayrılaraq,müəllimin payladığı işçi vərəqlərini cavablandırdılar.Dərsin sonunda Nuranə müəllim bu cavablara əsasən şagirdləri qiymətləndirdi. “Açıq” dərsdə təlim tərbiyə işləri üzrə direktor müavini Aydan Məmmədova,dərs hissə müdiri Nüşabə Ağamirova və digər fənn müəllimləri iştirak etmişdir.Müəllimlər tərəfindən “Açıq” dərsin mövzusu,gedişatı və müəllimin verdiyi izahlar yüksək dərəcədə qiymətləndirilmişdir.Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu imtahanında coğrafiya fənni üzrə ən yüksək bal (58 bal) toplayaraq Nuranə Abbasəliyeva ilk müəllimlik fəaliyyətinə bizim məktəbdə başlamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi