Yanvarın 18-də Yasamal rayonu 52 saylı tam orta məktəbində Qanlı Yanvar hadisələrinə həsr olunmuş “Ağla Qərənfil ağla ” mövzusunda tədbir keçirilib

Tədbirdə ilk öncə 20 Yanvar Şəhidləri bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə iştirak edən müəllim və şagirdlər xalqımıza qarşı törədilmiş bu ağır cinayətlərdən danışdılar. Natiqlər hadisənin səbəbkarlarından söz açarkən Sovetlər birliyinin sonuncu rəhbəri Mixayil Qarbaçovun adını xususilə qeyd etdilər. Sovet təhlükəsizlik orqanlarının ermənilərlə birlikdə hazırladıqları sumqayıt hadisələrində Azərbaycan xalqının Suçlu hesab edilməsi və buna görə də günahsız insanların qətlə yetirilməsi ürək ağrısı ilə yad edildi. Şagirdlərin məlum hadisələrə həsr edimiş hazırladıqları səhnəcik sanki 1990-cı ildəki yanvarın o müdhiş gecəsini xatırlatdı. Şagirdlər məktəbin foyesindəki qanlı yanvar şəhidlərinin abidələri önünə tər qərənfillər qoydular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi