Tarix müəllimi Ramiz Nəcəfli beynəlxalq sertifikat aldı

Məktəbimizin tarix müəllimi, Bakı Dövlət Universiteti tarix fakültəsinin dissertantı Ramiz Nəcəfli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə 21-23 may 2018-ci il tarixində Bakı Dövlət Universitetində təşkil olunmuş,dünyanın ondan artıq dövlətlərinin tanınmış universitetlərinin məşhur alimlərinin də təmsil olunduğu   “Azərbaycan Xalq Cümhuriyyəti-100:

Müsəlman Şərqində İlk Parlamentli Respublika” adlı Beynəlxalq elmi konfransda məruzə edib. O, “1918 -1920 ci illərdə Zəngəzur,Cavanşir qəzalarında azərbaycanlıların soyqırımı Kəlbəcər muzeyinin materiallarında” mövzusu üzrə ermənilərin xalqımıza qarşı törətdiyi qanlı cinayətlərlə bağlı faktoloji materiallar əsasında çıxış edib.Nəticədə Ramiz Nəcəfli elmi çıxışına görə beynəlxalq sertifikatla təltif edilib.Biz də məktəb rəhbərliyi olaraq Ramiz müəllimi bu uğuruna görə təbrik edir və ona yeni –yeni elmi nailyyətlər arzualyırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi