İnformatika fənni üzrə Viktorina keçirildi

17 May-Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününü biz məktəbimizdə Viktorina keçirərək qeyd etdik.Viktorinanı informatika müəllimi Möhtəbər Hüseynova və BDU-nin Tətbiqi riyaziyyat və Kibernetika fakültəsinin tələbələri hazırlamışdılar.Viktorina 7 və 8 ci siniflər arasında keçirildi.Uşaqlar üçün hazırlanan suallar informatika və məntiqdən ibarət oldu. İnformatikaya aid sualları tələbələr, məntiqə aid sualları isə “Şən Riyaziyyatçılar” klubunun rəhbəri Üzeyir Ağazadə hazırlamışdı.Viktorina da məktəbimizin direktoru Elmira Ələsgərova, direktor müavinləri Aydan Məmmədova, Nüşabə Ağamirova və məktəbin müəllimləri iştirak etdilər.Sonda qaliblərə həvəsləndirici hədiyyələr təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi