Şeir müsabiqəsi keçirildi

Məktəbimizdə 18.04.2018-ci il tarixdə AXC-nin yaranmasının 100 illiyinə həsr olunmuş şeir müsabiqəsi keçirildi.Tədbirdə çıxış edən şagirdlər vətənpərvərlik mövzusunda bir-birindən gözəl şeirlər söylədilər.Bu şeirlərdə müstəqillik,azadlıq,vətənə məhəbbət,bayrağımıza sevgi hissləri təbliğ olunurdu.Tədbirdə iştirak edən müəllimlər çıxış edərək Azərbaycan müstəqilliyinin əbədi olacağından,xalqımızın apardığı azadlıq mübarizəsindən,şagirdlərimizin qarşısında duran vəzifələrdən danışdılar.Münsiflər heyəti şagirdlərimizin çıxışını yüksək qiymətləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi