Xocalı faciəsi qurbanlarının xatirəsi yad edildi

Bu gün məktəbimizdə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirildi. Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin tarix müəllimi Ramiz Nəcəfli 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı motoatıcı alayın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdiyi qətliamlar haqqında məlumat verdi. Tədbir iştirakçıları Xocalı faciəsini özündə əks etdirən video-filmə baxdılar. Şagirdlər şeir söyləyib Xocalı uşaqlarının qanlarının yerdə qalmayacağına, qisas gününün çox da uzaqda olmadığına and içdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi