Riyaziyyat fənni üzrə "Açıq" dərs keçirildi

Məktəbin  riyaziyyat müəllimi Ülviyyə Teymurxanova  9”C” sinfində “Çevrənin tənliyi və 2 nöqtə arasındakı məsafənin tapılması” mövzusunda “Açıq” dərsi oldu.İlk öncə şagirdlərin düzbucaqlı koordinat sistemin də nöqtənin qurulması, parçanın orta nöqtəsini  verilən koordinatlara görə tapılma qaydasını dəqiqləşdirdi.Bu anlayışlar məlumatların nümunələri n köməyi ilə dolğunlaşdırıldı.Sonra tədqiqat sualı ilə iş davam etdi.Dərsin tipi: induktiv, fənlərarası inteqrasiya: texnologiya 3.2.3, 4.2.1 iş üsulu beyin həmləsi,müzakirə. Iş forması: siniflərlə iş, qruplarla iş.Motivasiya  sualını müəllim klasterinköməyi ilə tərtib etdi və şagirdlərin köməyi ilə məqsədi təyin etdi.Tədqiqat sualı kimi qruplara bölünmüş şagirdlər qarılarındakı çevrələrin tənliklərini araşdırdılar.Qruplara “Simgə”,”klaviatura”,”Sabah”, və “Printer” adları verildi.Ayrı ayrılıqda çevrələrin tənliklərini quraraq izah etdilər.Sonra məlumat mübadiləsi  və müzakirələri aparıldı.Ümumiləşdirərək , nəticədə 2 nöqtə arasındakı məsafəvə çevrənin tənliyi xatırlandı.Müəllim  yeni mövzusunu  şagirdlərin bilik və üübacarıqlarına istinad edərək izah etdi.Sonda şagirdlər arasında qiymətləndirmə aparıldı.Nərmin, Nicat, Tutu, Ümid,Fərid, Nihad,Eynulla qiymətləndirildi.Yekunda ev tapşırıqları  test üsulu ilə işçi vərəqlərin köməyi ilə şagirdlərə paylandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi