Ulu öndərin anım günü qeyd edildi

Ulu öndər Heydər Əliyevin anım günüDekabırın 12-də Ysamal rayonu, Cuvarlinski adına 52 saylı orta məktəbdə Ulu öndər heydər əliyevin anım günü keçirilib. Tədbirdə məktəbin direktoru Elmira Ələsgərova, direktor müavini Aydan Məmmədova, direktor müavini Nüşabə Ağamirova, tarix müəllimi Dilbər Əhmədova və digər müəllim-şagird kollektivi iştirak ediblər. Tədbir iştirakçıları məktəbin foyesində Ulu öndərin həyat yolunu əks etdirən stend-lövhə qarşısında çıxış ediblər. Natiqlər H.Əliyevin Azərbaycanda və Sovetlər İttifaqında tutduğu yüksək dövlət vəzifələri barədə toplantı iştirakçılarına məlumat veriblər.Qeyd edilib ki, H.Əliyevin 1993-cü ildə hakimiyyətə ikinci dəfə qayıdışı Azərbaycanı öz dövlət müstəqilliyini itirməkdən xilas edib. Həmçinin onun keçirdiyi islahatlardan danışılıb. Ulu öndərin ordu qurulucuğu və Neft strategiyası haqqında çıxışlar alqışlarla qarşılanıb.Şagirdlər Ulu öndərə həsr edilmiş divar qəzeti də tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi