Riyaziyyat fənnindən "Açıq" dərs keçirildi

Məktəbin riyaziyyat müəllimi Aygün Həşimovanın 8 “C” sinfində “Birdəyişənli xətti tənliyi,modul işarəsi altında dəyişəni olan tənlik və ikidəyişənli xətti tənliklər sistemi” mövzusunda açıq dərsi oldu.İlk öncə şagirdlərin modul və tənlik haqda məlumatları dəqiqləşdirildi.Bu anlayışlar məlumatların,nümunələrin köməyi ilə dolğunlaşdırıldı.Sonra tədqiqat sualı ilə davam etdirildi.Dərsin tipi: induktiv,iş üsulu: beyin həmləsi,müzakirə, iş forması:siniflə iş,qrupla iş oldu.Ümumiləşdirərək nəticədə tənliyin xassələri xatırlandı.Müəllim yeni mövzunu şagirdlərin bilik və bacarıqlarına istinad edərək izah etdi.Nümunələrlə yeni dərsi möhkəmləndirərək sonda şagirdlərin qiymətləndirilməsi aparıldı.Həm qrup,həm də fərdi şagird nəticələri nəzərə alınaraq art standartlar əsasında şagirdlərdən Nərmin,Nicat,Emil,Fatimə,Tuncay,Simuzər qiymətləndirildi.Yekunda ev tapşırıqları test üsulu ilə işçi vərəqlərin köməyi ilə şagirdlərə paylandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi