Şagirdlərimiz fizika müsabiqəsində I yeri tutdu

Bakı şəhər məktəblilərinin fizika fənninə olan marağını daha da artılması , onların bu sahədə bilik səviyyəsinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə IX-XI sinif şagirdləri arasında 2017-ci ilin dekabr ayında keçirilən “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” ninrayon mərhələsində 52 saylı orta məktəb qalib olmuşdur.Məktəbin fizika müəllimləri Aydan Məmmədova və Nuriyyə Mehdiyevanın dərs dedikləri IX sinif şagirdi Xanım Nuriyeva ,X sinif şagirdi Şahnaz Əliyeva və XI sinif şagirdi Murad Mehmanəliyev I yerə tutduğuna görə sertifikatlarla təltif olunub.Bakı Mühəndislik Universitetində baş tutan tədbirdə Universitetin rektoru Məmmədov Havar və BŞTİ –nin müdiri Məhəbbət Vəliyeva şəxsən özləri sertifikatları uşaqlara təltif etmişdir.Onlar öz çıxışlarında istedadlı şagirdləri təbrik edərək yeni qələbələr arzu etmişlər.