Riyaziyyat fənnindən "Açıq" dərs keçirildi

Məktəbin riyaziyyat müəllimi İlhamə İlyasovanın 5 “A” sinfində “2-yə, 5-ə, 10-a bölünmə əlamətləri” mövzusunda “Açıq” dərsi keçirildi.Dərsdə məktəbin direktoru Elmira Ələsgərova və fənn müəllimləri iştirak etdi.Dərsin məqsədi bölmə əməlində ədədlərin bölünmə əlamətlərindən şagirdlərin istifadə etmək bacarığı aşılamaq oldu.Nümayiş olunan slaydlar əsasında müzakirələr aparıldı. Günəş,Bayraq,Ay,Ulduz qruplarına bölünən şagirdlər uyğun olaraq 2-yə,5-ə,10-a bölünmə əlamətlərini tətbiq etdi.Müəllim tərəfindən fəal şagirdlər qiymətləndirildi.Məmmədəli,Zəhra,Akşin Leyla,Nigar və Ümid xüsusiylə fərqləndi.