Riyaziyyat fənninən "Açıq" dərs keçirildi

20.12.2017 tarixində məktəbin riyaziyyat müəllimi Sücaət Rüstəmovanın 8 “A” sinfində “Açıq” dərsi baş tutdu.Dərsin mövzusu “Pifaqor teoremi” idi.Əvvəlki dərsdə şagirdlərə Pifaqor haqqında qısa məlumat hazırlamaqları tapşırılmışdı.Məlumatları dinlədikdən sonra müəllim teoremin izahını verdi. Müəllim uşaqlara düzbucaqlı üçbucağın tərəflərinin ikisi verildikdə üçüncü tərəfi tapmağı və tərəflərinin uzunluğuna görə üçbucağın növünü müəyyən etmək qaydalarını müxtəlif üsullarla öyrətdi.Dərsin tipi induktiv,fənlərarası inteqrasiya: texnologiya 1.2.2, iş üsulu: beyin həmləsi və müzakirədən istifadə edildi.Sinif və qruplarla iş üsulu seçildi.Hər qrupa ayrı ayrı suallar verildi.Qiymətləndirmədə Murad Salahzadə, Məmmədov Raul və Nərmin Baxşəliyeva fərqləndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi