Coğrafiya fənni üzrə “Açıq dərs” keçirildi

30.11.2017 tarixində 7 “C” sinfində Coğrafiya fənni üzrə müəllim Pərvanə Bayramova “Açıq dərs” apardı.Dərsin mövzusu “Günəş sistemi planetləri” idi. Dərsin əsas məqsədi günəş sistemi planetlərini tanımaq,onların günəş ətrafında hərəkətini öyrənmək və fərqləndirmək idi.Motivasiyada əsas məqsəd şagirdləri düşündürmək olduğu üçün “Nə üçün planetlər günəş ətrafında hərəkət etsə də bir – biri ilə toqquşmur?” sualı verildi.Uşaqlar qruplara bölünərək hər qrup öz fikirlərini müzakirə edərək iş vərəqlərinə qeyd etdilər.Əvvəlcədən hazırlanmış divar qəzetləri üzərində tədqiqat aparıldı və toplanan fikirlər müzakirə olundu.