M.P.Vaqifin “Pəri” qoşmasının təhlili üzərində iş mövzusu üzrə dərs keçirildi

28 noyabr 2017-ci il tarixdə 10 “B” sinfində M.P.Vaqifin “Pəri” qoşmasının təhlili üzərində iş mövzusu üzrə dərs keçirildi.Dərsi Sevil Qeybullayeva apardı.Dərsin məqsədi əsərin ideyasının açıqlanması,şagirdlərdə bədii-estetik zövqünün zənginləşdirilməsi,əməkdaşlıq,birgə işləmək bacarığının inkişaf etdirilməsi idi.Motivasiya mərhələsində qarşıda duran vəzifənin - əsərin ideyasının müəyyənləşdirilməsinin lazım olduğu bildirildi.Əsəri yazmaqda şairin niyyəti nə olmuşdur?  sualı ətrafında şagirdlərin dediklərinə əsaslanmaqla tədqiqat sualı formalaşdırıldı.Tədqiqat sualı elan edildi: “Əsərin ideyası “Pəri” qoşmasında insanın həqiqi gözəlliyinin ifadəsidir” fikrini doğru saymaq olarmı?  sualı üzrə şagirdlərin fəziyyələri dinlənildi.Son mərhələdə əsərlə bağlı əhatəli bilik qazanan şagirdlər nəticə çıxartdılar.Şairi bu əsəri yazmağa sövq edən həm fiziki, həm mənəvi gözəllikləri özündə birləşdirən real Azərbaycan qızının gözəlliyinin vəsfi olmuşdur.Qiymətləndirmə meyarları əsasında şagirdlər qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi