7 “B” sinfində "Açıq dərs" keçirildi

Bugün məktəbimizin müəllimi olan Gülpəri Kazımova 7 "B" sinfində "Açıq dərs" keçirtdi.Müəllim uşaqlarla salamlaşdıqdan sonra jurnala əsasən davamiyyəti yoxladı. Keçmiş dərsi frontal və fərdi şəkildə şagirdlərdən soruşdu.Sual cavab tamamlandıqdan sonra yeni dərsin izahına keçirildi.Bu zaman sinifdəkilərin diqqəti “Düşünün” başlığı ilə qeyd olunmuş  “Koroğlunun əsrlər boyu xalqın yaddaşında yaşamasına səbəb sizcə nədir? ” sualına yönəlir.Təbii ki, uşaqlarla aparılan müşahidə tədricən tədqiqat sualının formalaşmasına imkan yaradır.Fərziyyələr dinlənilərkən qeydlər aparılır. Uşaqlar  əvvəlcə tədqiqat sualı ətrafında işləmək üçün dörd qrupa bölündü.Qruplara  “Zəka” , “Günəş” , “Zəfər” , “Cəngavər” adları verildi.Şagirdlər bir biri ilə müzakirələr etdilər.Müzakirədən çıxan nəticə belədir ki, Azərbaycan oğulları və qızları elə qədim zamanlardan öz igidləri,mərdlikləri ilə vətəni gözbəbəyi kimi qorumiş,bu uğurda canlarını fəda etməkdən belə çəkinməmişlər.Aprel döyüşlərinə  gəlininən bu nəticənin ən böyük örnəyidir.Ev tapşırığı kimi şagirdlərə internetdən əlavə ədəbiyyatlardan faydalanaraq "dastan" haqqında geniş məlumat toplamaq tapşırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi