17 Noyabr – Dirçəliş gününə həsr edilmiş açıq dərs dinlənildi

Məktəbin 8a sinfində 17 Noyabr – Dirçəliş gününə həsr edilmiş açıq dərs dinlənildi.Dövlət himni ilə başlayan dərs motivasiya materialı ilə şagirdləri düşündürməyə başladı.Şagirdlər tarix müəllimi Ramiz Nəcəflinin 1988-ci ildən Azərbaycanda başlayan xalq hərəkatının nə ilə nəticələndiyi və bu yolda 17 noyabr gününün rolu barədə istiqamətləndirici tapşırıqlar aldılar.Üç qrupdan ibarət heyət mövzuya yaradıcı yanaşaraq müstəqil fikirlər ortaya qoydular.1988-ci ildə Ermənistanda yaşayan soydaşlarımızın kütləvi deportasiyası,Dağlıq Qarabağın separatçılıq meyllərinə SSRİ rəhbərliyinin xeyir dua verməsi və bunun acı nəticələri barədə arqumentlər dinlənildi.Beləliklə xalq hərəkatının kortəbii mərhələsinin ən yüksək dövrünün 17 noyabr 1988-ci ildə olduğu və bu yolun müstəqilliyimizə aparıb çıxardığı fikri üzərində mövzu uğurla başa vuruldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi