Ədəbiyyat fənnindən açıq dərs keçirildi

Məktəbdə Azərbaycan dili və Ədəbiyyat müəllimi olan Yeganə Qarayeva 5c sinfində ədəbiyyatdan açıq dərs keçirdi.Mövzu sinifdənxaric oxunun yekunlaşdırılması oldu.9 Noyabr Bayraq Gününə həsr olunmuş dərs, himnimizin oxunması ilə başlandı.Şagirdlər Bayraq Gününün tarixi ilə bağlı məlumatlar,aforizmlər, bir birindən gözəl şeirlər söylədilər. “Göy yarpaqlı,al çiçəkli yaşıl otlar topasımı?” mövzusunda sərgi nümayiş etdirən qruplar topladıqları maraqlı faktları bir- birilə müzakirə etdilər.Dərs fəal və maraqlı keçdi.Dərsdə tarix,təsviri incəsənət,musiqi fənləri ilə inteqrasiya özünü göstərdi.Şagirdlərimizin vətənpərvərlik ruhunda tərbiyəsində, Vətəninə,Dilinə,Bayrağına sevgi ruhunda müstəqil şəxsiyyət kimi formalaşmasında belə dərslərin rolu böyükdür.