Bayraq günü qeyd olundu

9 noyabr bayraq günü münasibəti ilə bugün məktəbdə tədbir keçirildi. Tədbiri məktəbin direktoru Elmira Ələsgərova açıq elan etdi.Uşaqlar bu bayram çox böyük ruh yüksəkliyi və həvəslə hazırlaşmışdılar.Onlar bu tədbirdə bir birindən maraqlı səhnəciklər və şeirlər nümayiş etdilər. 1a sinif şagirdləri Azərbaycan himnini səsləndirdilər. 8a sinifinin qızları “Şən Azərbaycan” mahnısını rəqslə birlikdə ifa etdilər.Sonra məktəbimizin fəxrləri olan idmançılar şagirləri öz qazandıqları medal,diplom və kubokları ilə tanış etdilər.Tədbirdə direktor müavini Lətafət Hüseynova bayrağın bizim üçün olan mahiyyətindən söhbət açdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi