Məktəbimizdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilir

Bugün Azərbaycan Respublikası tərəfindən BMT uşaq hüquqları konversiyasının ratifikasiya edilməsinə 25 il tamam olur.Bununla əlaqədar məktəbimizdə “Uşaq hüquqları aylığı” çərçivəsində 8a və 6c sinif şagirdləri ilə birlikdə tədbir keçirildi.Tədbirdə məktəbimizin müəllim və şagird kollektivi iştirak etdi. 8a sinif şagirdləri Murad Salahzadə , Natiq Soltanov,Aişə Rahova slaytlar hazırlamışdılar.Tədbir uşaqların müxtəlif dillərdə salamları ilə başlandı.Çıxış zamanı ümumimilli lider H.Əliyevin uşaqlara aid sözləri səsləndi. “Uşaq himni”, “Xoşbəxt uşaqlar” , ingilis dilində isə “Weve all got right” mahnıları ifa olundu.Müxtəlif səhnəciklər göstərildi, divar qəzeti hazırlandı.